Açıklama
135-LİK OT BİÇƏN – ROTORLU (STANDART)
Ümumi Məlumat:
135-lik rotorlu (standart) otbiçən – yaşıl ot, yonca, çayır otu kimi yem bitkilərinin biçilməsi üçün nəzərdə tutulmuş sadə və funksional kənd təsərrüfatı texnikasıdır. Kompakt ölçüsü sayəsində dağlıq və dar sahələrdə istifadəyə çox uyğundur. Rotorlu kəsim sistemi sayəsində otlar səliqəli şəkildə biçilir və quruma prosesinə zərər vermədən sərbəst şəkildə yerə sərilir. Traktorun arxasına qoşularaq PTO vasitəsilə işləyir.
Üstünlüklər:
-
Kiçik və orta təsərrüfatlar üçün ideal
-
Dar və çətin ərazilərdə rahat istifadə
-
Aşağı güc tələbi ilə işləmə imkanı
-
Səliqəli və zərif ot biçimi
-
Asan istismar və texniki qulluq
-
İqtisadi və davamlı konstruksiya





