Açıklama
ÇİLƏYİCİ – 2 TONLUQ (USTMAK)
Təyinatı:
2 tonluq Ustmak çiləyici, kənd təsərrüfatında meyvə bağları, üzümçülük və açıq sahələrdə bitkilərin zərərvericilərə və xəstəliklərə qarşı maye pestisid, gübrə və digər məhlulların səpilməsi üçün istifadə olunur. Güclü nasos sistemi, geniş çən həcmi və bərabər püskürmə mexanizmi ilə məhsulların qorunmasına və məhsuldarlığın artırılmasına xidmət edir.
Əsas üstünlüklər:
-
2 tonluq çən həcmi – geniş sahələr üçün idealdır.
-
Yüksək təzyiqli nasos – mayelərin effektiv püskürməsi.
-
Treyler tipli və traktorla qoşula bilən – daşıması və istifadəsi asandır.
-
Tənzimlənən püskürtmə bucağı və miqdarı.
-
Korroziyaya davamlı materialdan hazırlanmış çən.





