Agrispace MMC kənd təsərrüfatı sahəsində uzun illərdir fəaliyyət göstərən, təcrübəli mütəxəssislərdən ibarət komandaya malik bir şirkətdir. Rəsmi olaraq USTMAK firmasının Azərbaycandakı distribütoru kimi, dünya və Avropa standartlarına cavab verən texnikaları fermerlərə təqdim edirik. Məqsədimiz – innovasiya və keyfiyyəti birləşdirərək aqrar sahənin inkişafına töhfə verməkdir.
Agrispace MMC olaraq, kənd təsərrüfatı sahəsində illərin təcrübəsinə və peşəkar komandamıza güvənərək fəaliyyət göstəririk. Məqsədimiz – müasir aqrotexnologiyaların tətbiqi ilə fermerlərimizin məhsuldarlığını artırmaq, onlara dünya və Avropa standartlarına cavab verən texnika və avadanlıqları əlçatan etməkdir.
Biz, Türkiyənin tanınmış USTMAK markasının Azərbaycandakı rəsmi distribütoru kimi, geniş çeşidli kənd təsərrüfatı texnikaları ilə bazarda fərqlənirik. Eyni zamanda, yaxın zamanda gübrə, dərman və damazlıq heyvan satışını da təklif edəcəyik.
Gələcəyin aqrar həlləri üçün Agrispace – güvənə biləcəyiniz tərəfdaşdır.
"USTMAK çiləyicisini “Agrispace”dən aldım. Keyfiyyətindən və satış sonrası dəstəkdən çox razıyam. Lizinq imkanı da böyük üstünlükdür."
Şirvan
"Kotanı vaxtında və zəmanətlə təhvil verdilər. Texniki komandaları çox peşəkardır. Artıq ikinci alışımı da buradan etmişəm."
Yevlax
"Fermer kimi illərlə müxtəlif yerlərdən texnika almışam, amma “Agrispace” qədər rahat və şəffaf xidmət görməmişdim. Tövsiyə edirəm!"
Sabirabad
"Frezi “Agrispace”dən aldım. Həm texnika, həm də xidmət yüksək səviyyədə idi. Satışdan sonra da maraqlanmaqları məni çox razı saldı."
Elçin M.
Gəncə