Açıklama
Ümumi Məlumat
Hisarlar Alabora 230 rotavatoru, torpağın əkin öncəsi hazırlanması, bitki qalıqlarının parçalanaraq torpağa qarışdırılması və səthin hamarlanması üçün istifadə olunan çoxfunksiyalı torpaq becərmə aqreqatıdır. Bu model 45° C bucaqlı bıçaqlarla təchiz olunduğuna görə torpağı daha effektiv doğrayır və parçalayır. Arxa hissəsində yerləşən mərdanə (roller) isə torpağın səthini sıxaraq hamarlayır və torpaq strukturu üçün ideal toxum yatağı yaradır.
230 sm işləmə eni ilə bu rotavator orta ölçülü sahələr üçün ideal seçimdir və Hisarlar markasının keyfiyyəti ilə uzunmüddətli, dayanıqlı istifadəni təmin edir.
Üstünlükləri
-
45° C bucaqlı bıçaqlar – daha yaxşı doğrama və torpağa qarışdırma
-
Arxa mərdanə ilə təchiz olunub – torpaq səthini sıxaraq hamarlaşdırır
-
230 sm geniş iş eni – orta sahələrdə sürətli və məhsuldar becərmə
-
Güclü konstruksiya və keyfiyyətli ötürücü sistemlər
-
Tənzimlənən işləmə dərinliyi və mərdanə hündürlüyü
-
Türkiyə istehsalı – Hisarlar keyfiyyəti və zəmanəti






