Açıklama
KULTİVATOR – 13 AYAQLI, 2 SIRALI, DÖNƏR DIRMIXLI, 2 SİLİNDİRLİ
Bu kultivator növü torpağın səthi becərilməsi, alaq otlarının təmizlənməsi və əkin üçün yatağın hazırlanması məqsədi ilə istifadə olunur. 13 ayaqlı və 2 sırali düzülüş, torpağın daha dərin və effektli işlənməsini təmin edir. Arxada yerləşdirilmiş dönər dırmıx və 2 silindr torpağın parçalanaraq bərabər yayılmasını və səthin tam hamarlanmasını təmin edir. Xüsusilə taxıl, tərəvəz və texniki bitkilərin becərilməsində geniş istifadə olunur.
Ümumi Məlumat:
-
Təyinat: Torpağın becərilməsi, alaq təmizləmə və səth hamarlama
-
Ayaq sayı: 13 (yaylı və ya sərt bıçaqlı)
-
Sıra sayı: 2 (bıçaqlar paralel düzülüb, torpağı iki mərhələdə işləyir)
-
Arxa hissə: Dönər dırmıx + 2 ədəd silindr (hamarlayıcı və sıxlaşdırıcı rolunda)
-
İş prinsipi: Traktorla qoşulub torpağı cızır, parçalayır, dırmıxla yayıb, silindrlərlə sıxlaşdırır
-
Əlavələr: Dərinlik tənzimləyici təkərlər, tənzimlənə bilən bıçaq arası məsafə





