Aqrar sektorda maşın-traktor parkının daha müasir və innovativ texnologiyalarla yenilənməsi imkanlarının artması, kənd təsərrüfatı məhsulları istehsalçılarına kənd təsərrüfatı texnikalarının, mineral gübrələrin, herbisidlərin, texnoloji avadanlıqların güzəştli satışının həyata keçirilməsi son illərdə qeyri-neft sektorunun artan templə inkişafını qaçılmaz etmişdir. Bütün bunlar aqrar sahədə özəl şirkətlərin fəaliyyət imkanlarının da artmasına səbəb olmuşdur. Bu sahədə uzun illərdir fəaliyyət göstərən və təcrübəli mütəxəssis heyətinə malik “Agrispace” Məhdud Məsuliyyətli Cəmiyyəti öz sözünü deyə bilmiş şirkətlər siyahısına adını yazdırmışdır. Müasir innovativ kənd təsərrüfatı asılan qoşulan texnikaların istehsalçısı Üstmak firması Azərbaycanda “Agrispace” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi distributorudur.

Belə ki, 15-17 may 2019-cu il tarixlərdə Bakı Expo Mərkəzində təşkil edilmiş “Caspian agro” 13-cü Azərbaycan Beynəlxalq  Kənd Təsərrüfatı Sərgisində Türkiyənin dünya və avropa standartlarına cavab verən “USTMAK” markası kənd təsərrüfatı texnikalarını nümayiş etdirmişdir. Bu markanın texnikaları istər sərgi iştirakçıları, istərsə də qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır.

Hal-hazırda müxtəlif təyinatlı asılan və qoşulan kənd təsərrüfatı texnikalarına olan marağ artmışdır ki, bunu da nəzərə alan “Agrispace” MMC müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarının, o cümlədən ot-küləş presləyənlər, müxtəlif gövdəli kotanlar, müxtəlif tutumlu çiləyicilər, pambıq, düyü ,bağlar və digər məqsədlər üçün istifadə edilən qoşqular, frez, kultivator

və sairənin respublikaya gətirilməsi təmin etmiş və əksəriyyətinin alış dəyərinə 40 faiz dövlət güzəşti tətbiq edilməklə nağd və ya lizinq qaydasında satışı həyata keçirir.
Cəmiyyətin texnika anbarları Şirvan, Gəncə və Yevlax şəhərlərində yerləşir.

“Agrispace” MMC aqrar sektorda öz mövqeyini möhkəmləndirmək və gələcək inkişaf perspektivlərini artırmaq məqsədi ilə məhsul istehsalçıları tərəfindən daha çox tələb olunan mineral gübrələrin, herbisidlərin və müxtəlif təyinatlı texnoloji avadanlıqların respublikaya gətirilməsi və respublikanın müxtəlif regionlarında satış mərkəzlərinin açılması istiqamətində işlər aparır.

“AGRİSPACE” MMC

E-mail:  info@agrispace.az

Instagram: agrispace.az

Facebook səhifə: AgriSpace MMC   

Əlaqə nömrələri:  (+994 51) 555-52-02;  (+994 12) 555-52-02

 

Sənədlər